Bakıda restoran piyada keçidini zəbt etdi
Bir vaxtlar piyada keçidi yerləşən yerdə restoran üçün əlavə, yəni artırma tikili inşa edilib.
Ortada qalan və piyadaların keçib gedə biləcəkləri hissəyə isə bilərəkdən mişar daşı düzülüb ki, vətəndaşlar yolu oradan yox, başqa ərazidən keçib getsinlər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, görüntüləri kanala çəkib göndərən vətəndaşın sözlərinə görə, "Öz kardeşlər" restoranı piyada keçidinin bir hisəsini zəbt edib, qalan ensiz hissədə isə işıqfor yerləşir. Ərazidə 3 orta məktəb yerləşdiyindən, xüsusilə dərsə gələn və gedən məktəblilər bu yolda hər gün təhlükə ilə üzləşirlər.
Sakinlər deyirlər ki, paytaxtın Səttar Bəhlulzadə küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən iaşə obyekti əvvəl keçid üçün az da olsa, yer saxlamışdı. Lakin bir müddətdir həmin yolu da keçmək olmur.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...