Bakıda qəsəbələrə su nə üçün qrafiklə veriləcək? - RƏSMİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu ilin payız və qış mövsümündə yağıntıların miqdarı ötən illə müqayisədə təxminən iki dəfə az düşüb. Ceyranbatan hövzəsində su ehtiyatları kifayət qədər olsa da, Taxtakörpüdə daha çox azalıb".
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
O əlavə edib ki, 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı su komissiyası yaradılıb: "Bütün aidiyyəti qurumlar və baş nazirinin müavinin rəhbərliyi ilə komissiyanın son səfəri şimal bölgəsinə olub. Məlum oldu ki, Samur çayında sululuq iki dəfə azalıb. Taxtakörpü su anbarında isə ötən illə müqayisədə 3,5 dəfə az su var. Buna görə, komissiya qərar verib ki, mənbələrdən götürülən suyun həcmi azaldılsın".
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...