Bakıda poliklinikalar 7 günlük iş rejiminə keçib

Bakıda poliklinikalar 7 günlük iş rejiminə keçib
Sosial 325

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə BAKU.WS-ə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstəriləcək.

Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər