Bakıda peyda olan bənövşəyi konteynerlər - Görün nə üçün istifadə edilirmiş - VİDEO

Bakıda peyda olan bənövşəyi konteynerlər - Görün nə üçün istifadə edilirmiş - VİDEO
Video
Sosial 3786

Metronun İnşaatçılar stansiyasının ətrafında konteynerlər bir çoxlarının diqqətini cəlb edib. Üzərindəki yazıdan elə başa düşülür ki, istifadə olunmuş geyim, ayaqqabı və tekstil əşyaları bu qutuya atılmalıdır.

BAKU.WS xəbər verir ki, əslində ilk baxışdan xeyriyyə aksiyasına bənzəsə də, təşkilatçılar tərəfindən bununla bağlı heç bir məlumat qeyd edilməyib.

Ümumiyyətlə isə bu konteynerlərin hansı qurumun, hansı təşkilatın təşəbbüsü ilə yerləşdirilməsi haqqında da məlumat yoxdur. Buna baxmayaraq insanların düşündüyü odur ki, bütün bunlar xeyriyyə məqsədilə edilib və imkansızlara, ehtiyacı olanlara kömək üçündür.

İTV-nin apardığı araşdırma zamanı məlum olub ki, konteynerlər heç də xeyriyyə məqsədi daşımır, əksinə pul qazanmaq üçün yerləşdirilib.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər