Bakıda parkda təmir işləri GÖRÜLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi abadlaşdırma və təmir-tikinti işlərinin satın alınması üçün müsabiqə elan edib.
BAKU.WS-in məlumatına görə, tenderin ehtimal olunan məbləği 200 min 162,75 manat təşkil edir.
İşlər əsasən R.Rüstəmov küçəsi 72a ünvanında yerləşən parkda aparılacaq. Burada bort daşlarının quraşdırılması, tamet daşlarının döşənməsi, yaşıl ot (qazon) salınması, elektrik dirəklərinin quraşdırılması nəzərdə tutulub.
Bundan əlavə, Qara Qarayev prospekti 104 və 106 ünvanlarında isə yararsız bort daşlarının dəyişdirilməsi və asfalt örtüyünün yenilənməsi həyata keçiriləcək.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...