Bakıda orta məktəbin işıqsız qalması ilə bağlı RƏSMİ AÇIQLAMA
"Bakı şəhəri 319 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb, aidiyyəti qurumlara məlumat verilib".
Bu barədə BAKU.WS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat daxil olub.
"Qısa zamanda müvafiq mütəxəssislər tərəfindən yaranmış problem tamamilə aradan qaldırılacaq, məktəbə elektrik enerjisinin verilməsi bərpa olunacaq",-deyə məlumatda qeyd edilib.
***12:11
Bakıda 319 saylı orta məktəbdə elektrik kəsintisi təhsil ocağındakı naqillərin sıradan çıxması ilə bağlıdır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, "Azərişıq" ASC tərəfindən məktəbəqədər əraziyədək naqillərdə heç bir texniki problem olmayıb.
Təhsil ocağındakı naqillərdə yaranan problem səbəbindən məktəb işıqsız qalıb. Artıq orta məktəbə "Azərişıq" ASC-nin əməkdaşları gəlib və problemin aradan qaldırılması istiqamətində işlər görülür.
***11:17
Bakıda orta məktəblərin birində şagirdlər iki gündür qaranlıqda dərs keçmək məcburiyyətində qalıblar.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Söhbət Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 319 saylı orta məktəbdən gedir. Övladları təhsil ocağında təhsil alan valideynlər bildirib ki, şagirdlər iki gündür qaranlıq və soyuqda sinif otaqlarında otururlar.
Məktəbdə elektrik enerjisinin hansı səbəbdən kəsilməsi isə məlum deyil.
Orxan Hüseyn
Oxşar xəbərlər
Polad Həşimovun şəkli olan 3000 manatlıq əsginaslar tədavülə buraxılıb?
Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid g...