Bu gün Bakının 544 küçəsi yuyulub
Bakı şəhər kommunal xidmətləri tərəfindən iyulun 11-də paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Qeyd olunub ki, kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.
***
Bakıda növbəti daxili iməcilik keçirilib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bu gün şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, əsaslı təmizlik işləri görülüb.
Səhər saatlarından kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Qalereya
Oxşar xəbərlər
Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR
Sentyabr ayı bəzi bürclər üçün sevgi və münasibətlər baxımından yeni başlanğıclar vəd edir. Astroloji yozumlara görə, xüsusilə sosial çevrəsi genişlənən və yeni...