Bakıda metronun çıxışında yaşayan şəxslə bağlı AÇIQLAMA - FOTO

Bakıda metronun çıxışında yaşayan şəxslə bağlı AÇIQLAMA - FOTO
Sosial 1182

Fotoqraf Elxan Qəniyevin Bakıda kimsəsiz şəxslə bağlı paylaşımına rəsmi münasibət bildirilib.

BAKU.WS xəbər verir ki, söhbət "Sahil” metrostansiyasının çıxışında yaşayan Ağayev Rüstəm Həsənağa oğlundan gedir.

Ötən gün fotoqraf "Facebook" səhifəsində belə bir paylaşım edib: "Yolda gələrkən rastlaşdığımız bu miskin mənzərə məni çox üzdü. Ağayev Rüstəm Həsənağa oğlu 1960-cı ildə Salyanda anadan olub. Ailəsi onu atıb və o, təkbaşına 3 ildir sahil metrosunun bulvara çıxış hissəsində soyuqda boranda qalır.

Danışdıqda öz həyatında bir dönüş nöqtəsi olmasını arzulayır və gözlər dolur. Bu mənim həyatımda gördüyüm ən carəsiz göz yaşlar idi. Onun tək istəyi 62 yaşında bu soyuqda qalmamaq, sadəcə qocalar evinə yerləşməkdir. Əminəm ki, dostluğumda ona yardım, dəstək edə bilən insanlar olacaq".

Bakıda metronun çıxışında yaşayan şəxslə bağlı AÇIQLAMA - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimovun mövcud şəxslə bağlı münasibəti belə olub:

"Müraciətiniz Sosial Xidmətlər Agentliyində qeydə alınaraq aidiyyatı filialımıza yönləndirilib. Əməkdaşlarımız əraziyə göndəriləcəklər. Razılığı olarsa sığınacağa cəlbi və digər sosial xidmətlərdən yararlanması üçün əlimizdən gələni edəcəyik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər