Bakıda məşhur parklar TƏMİR OLUNACAQ
Bakı şəhərində bir sıra park və ictimai məkanlarda abadlaşdırma və yenidənqurma işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına əsasən, uzun müddətdir baxımsızlıqdan əziyyət çəkən bəzi yaşıllıq əraziləri yenidən qurulacaq. Xüsusilə Binəqədi rayonu ərazisində yerləşən Nəbatat bağı əsaslı təmirə cəlb olunacaq.
Vaxtilə mühafizə zonası kimi tanınan bu ərazinin əvvəlki görkəminin bərpası nəzərdə tutulur.
Bununla yanaşı, son illərdə salınmasına baxmayaraq yenidən təmirə ehtiyac yaranan Çəmbərəkənd parkı da abadlaşdırılacaq məkanlar sırasındadır.
Layihələrin hazırlanması üçün ilkin mərhələdə təxminən 3 milyon 26 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Görüləcək işlər çərçivəsində 4 parkda və 10 bağda yenidənqurma və abadlıq işlərinin görülməsi nəzərdə tutulub.
Bu təşəbbüsün əsas məqsədi paytaxtda parkların, həyətlərin və digər ictimai məkanların daha sistemli şəkildə bərpasını təmin etmək, şəhərin ekoloji mühitini yaxşılaşdırmaq və sakinlər üçün daha komfortlu istirahət zonaları yaratmaqdan ibarətdir.
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...