Bakıda məşhur kollec TƏMİR OLUNACAQ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal tədris korpusunda cari təmir işləri görüləcək.
BAKU.WS-in məlumatına görə, təmir işlərinin həyata keçirilməsi tədris mühitinin yaxşılaşdırılmasına, tələbə və müəllimlər üçün daha təhlükəsiz və komfortlu şəraitin yaradılmasına, eyni zamanda təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Layihənin ehtimal olunan dəyəri 135 min manat təşkil edir.
Qeyd edək ki, aparılacaq təmir işləri təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına və tələbələrin praktik və nəzəri bilikləri daha səmərəli mühitdə mənimsəməsinə imkan yaradacaq.
Oxşar xəbərlər
Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə
Sumqayıt şəhərinin 8-ci mikrorayon, Koroğlu küçəsində mənzil alan şəxslər uzun müddətdir ki, ciddi problemlə üzləşiblər. Buradakı binalardan birində mənzil alan...