Bakıda mənzillərin qiymətində ucuzlaşma var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında illik ifadədə qiymətlər ucuzlaşıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, aylıq ifadədə qiymətlərdə bahalaşma müşahidə edilib.
2021-ci ilin dekabr ayında təkrar mənzil bazarında mənzillərin orta qiyməti 2,37 faiz bahalaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,87 faiz ucuzlaşma müşahidə edilib.
İlkin mənzil bazarında dekabr ayında 0,39 faiz bahalaşma, illik müqayisədə isə 8,82 faiz uculaşma qeydə alınıb.
“MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymət ucuzlaşmasının səbəbi köhnə binalara marağın azalmasıdır.
“Köhnə binalarda mənzillərin satışında azalma müşahidə edilir. Köhnə binalarda mənzillər çox çətinliklə satılır. Köhnə binalarda uçuntu riski çox olduğuna görə həm banklar kredit vermirlər, həm də alıcılar maraq göstərmirlər. Buna görə də qiymətlərdə azalma var.
İlkin mənzil bazarında isə qiymətlərin ucuzlaşması struktur dəyişikliyi ilə bağldır. Yəni bazara daha çox ucuz ərazilərdən təklif daxil olub, şəhərin mərkəzindən yox, kənar ərazilərdə olan nisbətən ucuz mənzillər təklif edilir ki, bu da ümumilikdə qiymətlərin aşağı düşməsinə səbəb olur”, - deyə N.İbrahimov vurğulayıb.
Oxşar xəbərlər
Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Mənzil bazarında qiymətlər necədir? - ARAŞDIRMA
Özümüzü ən yaxşı və rahat hiss etdiyimiz məkan, sözsüz ki, evimizdir. İstər tək və sakit həyat tərzi keçirmək istəyənlər, istər yeni evli cütlüklər, istərsə də...