Bakıda mənzillər BAHALAŞIR - Bu ərazilərdə
Son aylarda Bakıda daşınmaz əmlak bazarında mənzillərin qiymətində artım müşahidə olunur.
BAKU.WS xəbər verir ki, mənzil bazarında baş verən bahalaşma həm alıcılar, həm də satıcıların diqqətini çəkir.
Bəs qiymət artımı hazırda neçə faiz təşkil edir və hansı ərazilər üzrə bahalaşma daha çox qeydə alınır?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirdi ki, hazırda Bakı şəhərində mənzil bazarında əhəmiyyətli qiymət dəyişməsi müşahidə olunmur: "Niisbi qiymət artımları var. Təqribən ümumi ay ərzində hardasa orta qiymətə iki-üç faiz təsir göstərə biləcəyi həddədir. Bu qiymət artımları daha çox belə şəhər mərkəzinə yaxın olan ərazilərdə müşahidə olunur.
Məsələn, Binəqədi və Nizami rayonlarının metroya yaxın olan ərazilərini göstərmək olar. Yəni ipoteka üçün cəlbedici olan ərazilərdə artımlar var.
Amma ümumilikdə mənzil bazarı üzrə aylıq qiymət dəyişməsi son iki ay ərzində nisbildir və təqribən iki-üç faiz arasında dəyişir".
Orxan Hüseyn
Oxşar xəbərlər
İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildirilib ki,...