Bakıda mebel sexinin fəaliyyəti dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mebel sexinin fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Məlumatda qeyd edilib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...