Bakıda lyuk qapaqları və yağış barmaqlıqları DƏYİŞDİRİLƏCƏK
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti paytaxtın infrastrukturunun yaxşılaşdırılması üçün yeni tender elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihə çərçivəsində lyuk qapaqları, yanğın hidrantları və yağış barmaqlıqlarının satın alınması nəzərdə tutulur.
Məlumata görə, ümumi dəyəri 461,6 min manata yaxın olan satınalma prosesində müxtəlif texniki tələblərə cavab verən avadanlıqlar təmin ediləcək.
Tenderin məqsədi paytaxt küçə və prospektlərində su-kanalizasiya sistemlərinin təhlükəsizliyini artırmaq, yağış sularının axıdılmasını yaxşılaşdırmaq və yanğın təhlükəsizliyi ilə bağlı infrastrukturun gücləndirilməsidir.
Oxşar xəbərlər
Qızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır?
"Yol Tikinti Servis" MMC-də çalışan bir qrup şəxs aylardır əməkhaqqını ala bilməməkdən şikayət edir. Baku TV-nin məlumatına görə, ağır materialların daşınması i...