Bakıda klassik avtomobillərin sərgisi keçirilir

Bakıda klassik avtomobillərin sərgisi keçirilir
Foto
Sosial 839

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunur.

BAKU.WS report-a xəbər verir ki, Bakının Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilir.

Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.

Sərgi səhər saatlarından başlayıb və axşam saat 19:00-dək davam edəcək və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayacaq.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunublar.

Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.

Qeyd edək ki, mayın 18-də "Sürətin evolyusiyası" sürət avtomobillərinin və "Supercar"ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib

ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib

Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq...

14 Sosial 10:52 03 oktyabr 2026

Son xəbərlər