Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb?

Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb?
Sosial 134

Daşınmaz əmlak bazarında davam edən bahalaşma yaşayış sahələrinin kirayə qiymətlərində vəziyyəti aktuallaşdırır.

Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə mənzillərin qiyməti orta hesabla 12.2 faiz artıb.

Rieltorların sözlərinə görə, evlərin bahalaşmasının fonunda kirayə qiymətləri də sabit qalmayıb:

"Keçən il 450 manata olan ev indi 700 manatdır".

Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Baku TV-yə bildirdiyinə görə, kirayə bazarındakı artım tempi daşınmaz əmlak qiymətləri ilə düz mütənasibdir. Yəni kirayə qiymətlərinin artımı evlərin, evlərin bahalaşması isə kirayə qiymətlərinin yüksəlməsinə səbəb olur.

Bundan başqa, iqtisadi proseslər də kirayə bazarına təsir edir. Vüqar Oruc deyir ki, inflyasiya və əhalinin şəhərə üz tutması qiymətlərə təsirsiz ötüşmür.

Müşahidələr göstərir ki, ölkədə yaşayış sahələrinin kirayəsi əksər hallarda müqavilə bağlanmadan, tərəflər arasında şifahi razılaşma əsasında həyata keçirilir. Bu da kirayə qiymətlərindəki artımda subyektiv amillərin rolunu istisna etmir.

Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, kirayə xidməti, qiyməti dövlət tərəfindən tənzimlənən xidmətlərə aid deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət

Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...

65 Sosial 00:20 21 oktyabr 2026

Son xəbərlər