Bakıda karantin necə keçir? - VİDEO
Xüsusi karantin rejimi ilə əlaqədar paytaxtın bütün ərazilərində demək olar ki, müvəqqəti polis postları var.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, polislər nəqliyyat vasitələrini saxlayıbonlarınicazəsi olub olmamadığını yoxlayırlar. Qaydalara əməl etməyənlər inzibati qaydada cərimə edilir.
Yol polisi sürücünü, çevik polis alayının əməkdaşları isə sərnişinləri yoxlayırlar.
Hətta avtobus belə saxlanıb, içindəki sərnişinlərin onlayn qaydada icazə alıb almamaları ciddi şəkildə araşdırılır.
Görüntülər paytaxt ərazisində müvəqqəti qurulan polis postlarındandır. Koronovirus pandemiyasının qarşısının alınması məqsədi ilə, yol polisi, çevik polis alayının və və Daxili Qoşunların hərbi qulluqlçuları ilk gündə olduğu kimi ciddi nəzarəti bu gün də davam etdirirlər.
Avtobusda sərnişinləri yoxlayarkən polis onlayn qaydada icazə almadan çıxan iki əcnəbini saxladı. Pakistan vətəndaşı olan şəxslər ''8103'' qısa nömrəsinə sms yazdıqlarını bildirsələr də polis onlara cavab gəlmədən evdən çıxdıqlarını aşkar elədi.
Yoxlama zamanı sərnişinlərdən bir nəfərin digər postda inzibati qaydada cərimə olunduğu aşkar edildi. Polis ona evə getməyi və bir daha icazəsiz çıxmamağı tapşırdı.
Sərnişinlərdən fərqli olaraq qaydalara daha çox əməl edənlərin sürücülər olduğumüəyyən edildi. Yol polisləri bildirirlər ki, gün boyu şəhərdə müxtəlif postlarda 2-3 sürücü barəsində inzibati cərimə yazılır.
Qeyd edək ki, xüsusi karantin rejimini pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq 100-200 manat məbləğində cərimə tətbiq edilir.
Ötən gün avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər cərimələnib. Baş dövlət yol polis idarəsinin məlumatına görə, qayda pozan şəxslər barəsindəinzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.
Qeyd edək ki,ümumilikdə 1 aprel tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14 min 980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...