Bakıda insanları ölümə aparan yol
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində sakinlər hər gün ölümlə üz-üzə qalır.
Bu barədə qəsəbə sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Qeyd edilir ki, Asəf Zeynallı küçəsi boyunca yaşayış binaları yerləşir. Həmçinin ərazidə mağaza, aptek və digər ictimai iaşə obyekləri var. Həmçinin yolun kənarına tullantıların atılması üçün zibil yeşikləri qoyulub. Lakin yolu keçmək üçün piyadalara şərait yaradılmır. Piyadalar yolu təhlükəli şəraitdə keçirlər. Piyada keçidi olmadığı üçün sürücülər kefləri istəyəndə yol verirlər, istəməyəndə sürüb keçirlər. Beləliklə də piyadaların, xüsusilə də azyaşlıların həyatı təhlükə altında olur. Hər gün onlarla piyada həm qəzalı şərait yaradır, həm də öz həyatları təhlükə altına düşür.
Sakinlərin bir arzusu var, o da qeyd edilən əraziyə piyada zolaqlarınınv çəkilməsi və yola müşahidə kameralarının qoyulmasıdır. Bu zaman həm qayda pozuntusunun, həm də qəza hallarının sayı azalar.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Sabah da yağış yağacaq? - Proqnoz
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb...