Bakıda insanları narazı salan ağac - Niyə maraqlanan yoxdur?

Bakının Yasamal rayonunda sakinlər böyük problemlə üzləşiblər.
Bu barədə rayon sakinləri BAKU.WS-in "qaynar xətti"nə verilən məlumata görə, Yasamal rayonu M.H.Şəhriyar küçəsində yeni tikinti gedən ərazidə hündür ağac əyilib. Nəticədə yol bağlanıb və sakinlərin həyatı üçün təhlükəli vəziyyət yaranıb.
Dəfələrlə bu barədə lazımı qurumlara məlumat verilsə də, bu barədə ölçü götürülməyib.

Məsələ ilə bağlı rayon icra hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edildi.
Bildirildi ki, vətəndaşlar bununla bağlı rayon ərazisində bələdiyyəyə müraciət etməlidirlər. Bələdiyyə də öz növbəsində Yaşıllaşdırma İdarəsinə məktub göndərməli və problemin həlli ilə bağlı müraciət etməlidir.
Hər iki qurumdan bildirildi ki, yaxın günlərdə problem mütləq həllini tapacaq.
Oxşar xəbərlər
Ali təhsil haqqında qanuna ehtiyac var - Deputat
Payız sessiyasının gündəliyinə Ali təhsil haqqında Qanun layihəsinin daxil edilməsini təklif edirəm. BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bu sözləri Mi...
