Bakıda inşa edilən unikal piyada körpüsündə işlər nə yerdədir? - AÇIQLAMA
"Bakı Ağ Şəhər" yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı "Ağ Şəhər" layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsündə işlər davam edir.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Trend-ə bildirib ki, hazırda körpünün aşırım hissəsi qurulur.
Qeyd edək ki, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə "asılacaq".
Oxşar xəbərlər
Novruz və Ramazan bayramlarında 430 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri martın 20–27-də gücləndiri...