Bakıda illərdir istifadəsiz qalan avtobusların taleyi necə olacaq? - "BakuBus"dan RƏSMİ AÇIQLAMA
İstismarda olmuş "İveco" avtobuslarına texniki baxış keçirilir.
Bunu BAKU.WS-ə açıqlamasında "BakuBus"ın mətbuat katibi Əsmər Əliyeva deyib.
O bildirib ki, habelə aidiyyəti üzrə texniki-iqtisadi qiymətləndirmələr aparılır:
"Həmin qiymətləndirmə nəticələri nəzərə alınaraq sözügedən avtobuslarla bağlı müvafiq qərar qəbul edilir. Əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcəkdir".
***12:30
Meyvəli bazarın yaxınlığında 2015-ci ildə alınmış "Iveco" markalı avtobuslar artıq iki ildən çoxdur ki, istifadəsiz vəziyyətdə saxlanılır.
Vətəndaşın BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirdiyinə görə, sözügedən avtobusların qapıları açıqdır və texniki vəziyyəti baxımsız haldadır.
Maraqlısı ondadır ki, paytaxtın bəzi kənd və qəsəbələrində xətt üzrə işləyən avtobuslar köhnə və istismar müddətini başa vurmuş vəziyyətdədir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Deputat: "Qadınlarımızın elektron siqaretdən istifadə etməsi bizi düşündürür"
"Gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət,...