Bakıda ilanlar çoxalıb - Səbəb AÇIQLANDI

Son günlərdə Bakıda insanların qarşısına çıxan ilanların sayının artdığı iddia edilir. Bu barədə sosial şəbəkədə paylaşımlar edilir.
Qeyd edək ki, Azərbaycanda sürünənlərin növ tərkibi zəngindir. Ölkəmizdə olan sürünənlərin növ sayı 59-dan çoxdur. Bunlardan 26-sı ilanlardır, 3 tısbağalar, 30-u kərtəkələlərdir. Sürünənlər soyuqqanlı heyvanlardır.
BAKU.WS xəbər verir ki, modern.az mövzu ilə bağlı Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovla həmsöhbət olub.
İlanların bu ay aktivləşməsi normaldır
"İlanlar ilin soyuq aylarında qışlayırlar, isti aylarda isə aktiv fəaliyyətə başlayırlar. İlanların aktivliyi mart ayından başlayır. Azərbaycanın müxtəlif ərazilərində mart ayında temperatur fərqli olur. Yazın gəlişi, torpağın oyanması və temperaturun 14-16 dərəcəyə qalxması onların fəallığı üçün bir siqnaldır. İlanlar qışda torpağın müxtəlif dərinliklərində, süxurlarda, qaya künclərində, ağıla gələn və gəlməyən, soyuq havanın çatmadığı, qarın-yağışın tutmadığı, temperaturun 5-10 dərəcə olduğu yerlərdə qışlayırlar.
O ilanlar ki, torpağın üst qatına yaxın yerlərdə qışlayır, temperaturun qalxması onlara daha tez çatır. Azərbaycanın müxtəlif yerlərində iqlim parametrləri fərqlidir. İstilərin tez düşdüyü aran və düzənlik ərazilərdə ilanların aktivliyi daha çox hiss edilir. Dağlıq və dağətəyi rayonlarda isə ilanların aktivliyi daha gec müşahidə edilməyə başlayır. İlanların ən aktiv olduğu ay maydır".
İlanlar ən çox aktiv olduğu ərazilər
T.Dadaşov ilanların ən çox yayıldığı ərazilər barədə də məlumat verib:
"İlanların ən çox yayıldığı ərazilər isti-quraq iqlimə malik düzənliklərdəki yarımsəhralar, bozluq çöllüklərdir. Bu ərazilərdə mart ayından etibarən ilanlar, kərtənkələlər, tısbağaları görmək olar. Əgər günəşli günlərin sayı çoxdursa və torpaq daha çox qızıbsa, ilanlar daha tez oyanır. Hazırda Azərbaycanın Aran və dağətəyi ərazilərində temperatur yüksəldiyindən ilanlar aktivləşməyə başlayıb. İqlimin istiləşməsi, əlverişli mühitin yaranması ilanları daha da fəallaşdırır. May ayı ilanların cütləşmə vaxtıdır, o cümlədən qış dönəmi bitidyindən onlar əlverişli yerlərdə - özlərinə yem tapdıqları ərazilərdə müşahidə olunması normaldır. Bu səbəbdən də ilanlar gündüzlər də fəal olmağa başlayır. İlanların gündüz fəallığı olan növləri azdır. Yay vaxtı torpağın üstü daha çox qızdığından ilanlar gündüz az görünür. Onlar qaynar torpağın üstünə çıxıb bədənlərini yandırmazlar, çünki onlar soyuqqanlıdırlar. Yay vaxtlarında ilanlar əsasən gecələr və səhər 11-ə qədər görünür. Amma hansı günlərdə günəş yeri çox qızdırmır, ilanları bütün gün ərzində aktiv görmək mümkündür".
Sonda zooloq bildirib ki, ilanların insanların qarşısına çox çıxması insanların sıx məskunlaşması ilə bağlıdır. "İlanların sayı çoxalmayıb, sadəcə əvvəllər 10 ilan yaşayan yerdə 50 nəfər qalır və onları görürdüsə, indi bu rəqəm 500-dür. İlan sayı isə eyni olaraq qalır, onlarla rastlaşan insanların sayı çoxaldığından elə bilirik ki, ilanların da sayı çoxalıb".
Oxşar xəbərlər
Azərbaycanda da satılan məşhur marka təhlükə saçırmış: Orqanizmdə xərçəng yarada bilir
Məşhur italyan makaron markası "Barilla" məhsulunda sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edilib. Artıq Avropa Birliyi Almaniyada məhsulun geri çağı...
