Bakıda iki rayonun bəzi hissələrində QAZ OLMAYACAQ

Bakıda iki rayonun bəzi hissələrində QAZ OLMAYACAQ
Sosial 165

Paytaxtın Sabunçu və Binəqədi rayonlarının bəzi hissələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS quruma istinadən xəbər verir ki, "Buzovna 1-97" QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar "Bilgəh-1" qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi və birləşmə işlərinin aparılması, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Bu ərazidə iki saat işıq olmayacaq

Bu ərazidə iki saat işıq olmayacaq

Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində...

17 Sosial 08:11 16 dekabr 2025

Son xəbərlər