Bakıda Formula 1-ə görə bu yollar bağlı olacaq

19
may
2022
11:20
19 may saat 23:00-dan Səməd Vurğun-Zərifə Əliyeva küçələrinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) BAKU.WS-ə verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.
Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.

Oxşar xəbərlər
DYP “Formula 1” Azərbaycan Qran Prisi ilə bağlı məlumat yayıb
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və pros...