Bakıda ev qiymətinə olan qarajlar
Şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli binaların qarajlarında qiymətlər kifayət qədər yüksəkdir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, həmin qarajların digərlərindən ciddi fərqi yoxdur.
Ekspertin sözlərinə görə, qiymət artımının əsas səbəbi şəhərin birinci zonasında təklifin az, tələbin isə çox olmasıdır. O qeyd edib ki, yüksək qiymətlərlə yanaşı, bu cür qarajların müəyyən riskləri də mövcuddur. Xüsusilə çıxarışı (mülkiyyət sənədi) olmayan dayanacaqların sonradan satışı çətinləşir.
İcarə qiymətlərinə gəlincə, ekspert bildirib ki, belə qarajların aylıq icarə haqqı 250-400 manat arasında dəyişir.
Qeyd edək ki, şəhərin mərkəzindən nisbətən kənar ərazilərdə qaraj qiymətləri daha münasibdir. Məsələn, Nizami rayonu, Sabunçu rayonu və Suraxanı rayonu ərazilərində qarajların qiyməti 10 min manatdan başlayır.
Oxşar xəbərlər
Gənclər niyə regionlara qayıtmaq istəmirlər? - "Əgər real karyera imkanları yaradılsa..."
Ölkəmizdə ali təhsilli əhalinin regionlar üzrə paylanması diqqət çəkən fərqləri ortaya qoyur. Aparılan təhlillər göstərir ki, ali təhsilli şəxslərin ən yüksək p...