Bakıda dənizdə suiti insanları qorxuya salıb - VİDEO

Xəzər dənizində sahilə yaxın ərazidə görünən suiti burada çimənlərə çətin anlar yaşadıb.
Suiti yaxınlıqda çimən 2 nəfəri təşvişə salıb. Hadisənin Buzovna çimərliyində baş verdiyi bildirilir.
Xatırladaq ki, bu, dənizdə yaşanan ilk hal deyil. Daha əvvəl də bənzər mənzərə ilə qarşılaşanlar olub.
Ekoloq Sadiq Həsənov "Xəzər Xəbər"ə deyib ki, dənizdə suiti görmək təbii haldır.
Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov isə bildirib ki, suitilər əsasən adalarda məskunlaşırlar və əksər hallarda sahilə yaxınlaşmırlar. Lakin onların sahildə görünməsi insanlarda təşviş yaratmamalıdır.
Süleyman Süleymanov əlavə edib ki, suitilərdə quduzluq xəstəliyi müşahidə edilmir. Onların dəniz canlıları ilə qidalandıqlarını nəzərə alsaq, sahilə yaxınlaşanda qorxmağa ehtiyac yoxdur.

Oxşar xəbərlər
Zoologiya İnstitutu Xəzərin sahilindəki çimərlikdə suitilərin görünməsinə aydınlıq gətirib
“Xəzər dənizində çimərlikdə suitinə rast gəlinməsi bəzi insanlar arasında təşvişə səbəb olub. Xüsusi olaraq qeyd edim ki, suiti insan yemir, onlar yalnız balıql...