Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb - FOTO

“Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb. Onlardan 7-si tamamilə çürüyüb”.
BAKU.WS xəbər verir ki, bunu “report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib.
O bildirib ki, hazırda AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə hadisə yerindədirlər: “Cəsədlərin əksəriyyəti tamamilə çürüyüb.
Nisbətən bütöv qalan cəsədlərin müşahidəsi zamanı üzərlərində kəsici alət izləri göründü. Belə qənaətə gəlmək olur ki, böyük ehtimalla yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də qətlə yetirilib.
Çürüyüb tanınmaz hala düşən suitilərin yaşlı olduğunu güman edirik. Çünki qida axtarışı zamanı suitilər özlərini dənizdə olan iri daşlara çırpırlar. Ehtimal edilir ki, yaşlı suitiləri də məhz bu zaman zədə alaraq tələf olduqdan sonra dalğa vuraraq sahilə çıxıblar”.
A.Səmədova vurğulayıb ki, suitilərin Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında olma müddətləri mart-aprel aylarıdır: “Digər aylarda şimal sahillərinə miqrasiya edirlər”.
Qalereya

Oxşar xəbərlər
Azərbaycanda GMO-lu yem məhsullarına dair tələblər müəyyən edilib
Azərbaycanda genetik modifikasiya olunmuş yem məhsullarına dair tələblər müəyyən edilib. BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, bu, yeni hazırlan...