Bakıda daha bir narazılıq yaradan küçə ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda daha bir küçədə yolun nişanlanması sürücülər tərəfindən narazılıqla qarşılanıb.
BAKU.WS-in məlumata görə, sürücülər yolun hər iki tərəfində parkinqin olmasını, üstəlik velosiped zolağının da salınmasını nəqliyyatın hərəkətində sıxlıq və tıxaca səbəb olduğunu bildirib.
Sosial şəbəkədə gedən müzakirələr və narazılığı nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. AYNA-dan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində üfüqi yol nişanlanması işləri həyata keçirilib:
"Görülən işlər çərçivəsində parklanma yerləri saxlanılmaqla, küçədə geniş hərəkət zolaqlarının eninin standartlara uyğunlaşdırılması nəticəsində mikromobillik vasitələri üçün zolaq və nəqliyyat vasitələri üçün 2 hərəkət zolağı təşkil edilib. Ərazidə hərəkət zolaqları kanallaşdırılıb. Parklanma yerlərinin saxlanılmasında məqsəd mobilliyin idarə olunması və əlçatanlığın təmin edilməsidir.
Velosiped yollarının bütün küçəboyu təşkili nəzərdə tutulub".
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...