Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşdırılıb.
BAKU.WS xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq nəqliyyat vasitələrinin hərəkəti test edilib.
Oxşar xəbərlər
"Azpetrol" şirkətinin rəhbərliyi Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məzarını ziyarət edib
Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. "Azpetrol" şirkətinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziy...