Bakıda bu ərazidə QAZ OLMAYACAQ
Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, "Yuxarı Buzovna" qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Bu şəxslərə 200 manat yardım veriləcək - Qısa zamanda kartlara oturacaq
"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son sənədlə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik yardım həyata keçiriləcək". Bu sözləri BA...