Bakıda bu ərazidə binalar SÖKÜLƏCƏK
Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, söküntü işləri Binəqədi rayonu Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarında yerləşən və istismara yararsız hesab edilən binaları əhatə edəcək.
Binəqədi Rayon İcra Hakimiyyətindən də BAKU.WS-ə adı çəkilən ərazilərdəki binaların qəzalı vəziyyətdə olması təsdiqlənib.
Qeyd edək ki, söküntü işlərinin hansı tarixdə aparılacağı hələlik açıqlanmayıb. Lakin əhaliyə yaşadıqları və qəzalı vəziyyətdə olan binalarını tərk etmək üçün kompensasiya təklif ediləcək.
Oxşar xəbərlər
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı
Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. BAKU.WS "Xəzər" TV-yə i...