Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı
11
iyn
2026
16:24
Paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin isə söküntüsü işləri ilə bağlı hazırlıqlara başlanılıb.
BAKU.WS xəbər verir ki, İqtisadiyyat.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat əldə edib.
Qeyd olunan işlərin həyata keçirilməsi ilə bağlı qurum "Madina Group MM" şirkəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət dayanacaqlarda təmir, bərpa və söküntü işlərini 419 min 531 manata icra edəcək.
Oxşar xəbərlər
Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb
Bu ilin mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 792,3 min nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statisti...