Bakıda avtobus dayanacağı "davası" - Nə baş verir?
Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi 53 nömrəli aftobus daynacağının tərtib olunması burada yaşayan sakinlərin narazılığına səbəb olub.
Emil Alıyev adlı vətəndaş BAKU.WS-in "qaynar xətti"nə şikayətində bildirib ki, sozü gedən 53 nömrəli avtobus xəttinin son dayanacağı əvvəllər Səbail rayon Polis İdarəsinin qarşısında idi.
"Lakin təmir tikinti işləri ilə əlaqədar olaraq müvəqqəti son dayanacağ sözü gedən Mikayıl Hüseynov küçəsində tərtib olunub. Bu avtobuslar gün ərzində burda sıxlıq yaradır, səs küy yaradır və ciddi sürətdə mühərrikdən çıxan atıq qazları ətrafa yayılaraq balkonlardan evlərin içinə dolur. Burada son dayanma nöqtəsi tərtib olunduğundan, buradakı sakinlər bundan narazıdırlar. Bu narazılıqlarını sikayət ərizəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ediblər. Həm yazılı, həmdə zənglə olunan şikayətlərin heç birinə cavab verilməyib", - deyə Emil Alıyev bildirib.
Məsələ ilə əlaqədar AYNA-ya müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, həmin məsələ istiqamətində işlər aparılır:
"53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsinin dəyişdirilməsi ilə bağlı əraziyə baxış keçirilib və marşrutun son dayanacaq məntəqəsinin dəyişdirilərək "Bayıl parkı"nın yaxınlığına dəyişdirilməsi AYNA tərəfindən uyğun hesab edilib.
Sözügedən ərazidə dayanacaq məntəqəsinin təşkili istiqamətində müvafiq işlər aparılır".
Ziya SƏCCAD
Qalereya
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib. Bildiril...