Bakıda Milli Parkdakı konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, paytaxtın qaranlıq gecəsi al-əlvan rənglərə boyanıb.
***20:14
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilir.
Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Binaların eyvanlarında ölkəmizin üçrəngli bayrağı dalğalanır.
Qalereya
Oxşar xəbərlər
Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub
Noyabrın 8-də Xankəndi şəhər stadionunda Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq təşkil edilib. BAKU.WS report-a istinadən xəbər verir ki, əvvəl...