Bakıda 7 koronavirus xəstəsi saxlanıldı

Bakıda 7 koronavirus xəstəsi saxlanıldı
Sosial 145

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də və 29-da paytaxtın Qaradağ, Yasamal və Xətai Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər