Bakıda 34 yaşlı iş adamı koronavirusdan öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda daha bir gənc koronavirusdan ölüb.
BAKU.WS-in “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Bakıda mebel şirkətinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat edib.
Bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxsa da, ilk günlərdə bunun adi qrip olduğunu deyərək həkimə müraciət etməyib.
Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib. F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...