Bakıda 27 ünvanda təmir işləri aparılıb
Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunub.
BAKU.WS Agentliyə istinadən xəbər verir ki, bu çərçivədə 27 ünvanda (küçə,prospekt və yol) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb:
- 8 Noyabr prospekti
- Mətbuat prospekti
- Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
- Nərimanov rayonu, Atatürk prospekti
- Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək)
- Həsənbəy Zərdabi küçəsi
- Əhməd Rəcəbli küçəsi (C. Xəndan küç.-Z.Bünyadov pr.-Ak.Həsən Əliyev küç.-Təbriz küç.)
- Mikayıl Müşfiq küçəsi (Mətbuat pr.-İ.Qutqaşınlı küç., "Qurd" qapısı-Bakı Şəhər DYP İdarəsinədək)
- Nizami küçəsi (R.Behbudov küç.-K.Səfərəliyeva küç., Azərbaycan pr.-S.Rüstəmov küç.)
- Səbail rayonu, Teymur Elçin küçəsi
- Səbail rayonu, Mehdi Hüseyn küçəsi
- Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
- Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)
- Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
- 28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
- Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)
- Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
- Kövkəb Səfərəliyeva küçəsi
- A.S.Puşkin küçəsi
- Nəsimi rayonu Droqal döngəsi
- Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
- Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolu (Yanardağa gedən yol)
- Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)
- Zığ şosesi (Beton yol)
- Nazim Hikmət küçəsindən Xarici dairəvi avtomobil yoluna çıxışda genişləndirmə işləri
- Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış
- Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək).
Təmiri aparılmış küçə və prospektlərin ümumi sahəsi 1 148 000 m2 təşkil edir
Qalereya
Oxşar xəbərlər
Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. BAKU.W...