Bakıda 22 milyona yeni muzey yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeni Təbiət Tarixi Muzeyinin yaradılması istiqamətində işlərə başlanılır.
BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində muzey paytaxtın Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni parkın ərazisində inşa ediləcək.
Burada interyer dizaynı hazırlanacaq, ekspozisiya zalları qurulacaq və muzey müxtəlif eksponatlarla təchiz olunacaq.
Layihənin ümumi dəyəri 22 milyon 505 min 248 manat təşkil edir. Tikinti və təchizat işlərinin icrası "Fortis Construction" MMC-yə həvalə olunub.
Yeni muzeyin Azərbaycanın təbii irsinin nümayişi və maarifləndirici fəaliyyətin genişləndirilməsi baxımından əhəmiyyətli mədəni məkanlardan birinə çevrilməsi gözlənilir.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...