Bakı-Xırdalan-Sumqayıt qatarı niyə ləngiyir? - AÇIQLAMA
Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar stansiyada ləngiyir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sərnişin bildirib ki, qatar stansiyadan 14 dəqiqə gec çıxıb, daha sonra isə yolda dayanıb. Ləngiməyə nəyin səbəb olduğunu bilməyən sərnişinlər nasazlıq olduğunu düşünüblər.
Hadisə ilə bağlı ADY-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, ləngiməyə səbəb Bakı–Keşlə sahəsində aparılan təmir işləridir, bu barədə sərnişinlərə ötən gün məlumat verilib:
"Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində gecikmələr olacaq.
Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
DİN: İtkin düşən 6 nəfər tapılıb
İtkin düşən 6 nəfər tapılıb. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dünən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlu...