Bakı və Sumqayıtın bəzi ərazilərində işıqlar sönəcək - SİYAHI
Bu gün Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Mayın 14-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:30-dan 13:00-dək Dilarə Əliyeva, Puşkin küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan BAKU.WS-ə verilən məlumata görə, eyni zamanda mayın 14-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 15:00-dək Şüvəlan qəsəbəsi Gülçülük sovxozu yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan yüksək gərginlikli hava xətlərində təmir işi aparılacaq. Beləliklə, saat 11:00-dan 14:00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi və Stansiya Sumqayıt ərazisinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Məlumatda qeyd olunur ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Minimum əməkhaqqı ilə bağlı VACİB XƏBƏR: 700 min nəfərin maaşı arta bilər!
Deputat Vüqar Bayramov minimum əməkhaqqının artırılması ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son dövrlər vətəndaşlardan minimum əməkhaqqının...