Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA

Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA
Sosial 125

Sosial şəbəkədə Bakıdan Tbilisiyə getməli olan təyyarənin uçuş vaxtının üç dəfə dəyişdirilməsi, eləcə də sərnişinlərin uçuşa buraxılmaması ilə bağlı məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər iki istiqamətdə uçuş cədvəlində baş vermiş dəyişikliklər aviaşirkətin əməliyyat fəaliyyətinin tənzimlənməsi zərurəti ilə bağlı olub.

"Bu cür hallar hava gəmisinin bölgüsü, texniki xidmət qrafiki, marşrutların yüklənmə səviyyəsi, həmçinin sərnişinlərin təhlükəsizliyi və komfortunun təmin edilməsi məqsədilə tətbiq olunur.

Qeyd etmək istərdik ki, "Azərbaycan Hava Yolları" sərnişin yerlərinin qeyri-rəsmi satışı ilə məşğul olmur. Bütün yerləşdirmə yalnız rəsmi rezervasiya sistemləri vasitəsilə həyata keçirilir. Sərnişin yerlərinin üçüncü şəxslərə satılması ilə bağlı yayılan məlumatlar əsassızdır və aviaşirkətin fəaliyyət prinsiplərinə tamamilə ziddir.

Uçuşa buraxılış qaydalarına gəldikdə isə, qeydiyyat və pasport nəzarəti beynəlxalq qaydalara və hava limanının daxili prosedurlarına uyğun olaraq, müəyyən olunmuş müddətdə başa çatdırılır. Qeydiyyat prosesi tamamlandıqdan və pasport nəzarəti bağlandıqdan sonra sərnişinlərin təyyarəyə qəbul edilməsi mümkün deyil. Beynəlxalq standartlara uyğun olaraq, uçuşa buraxılmayan sərnişinlərə müvafiq kompensasiya təklif olunur. Hər bir müraciət fərdi qaydada araşdırılır və bütün prosedurlar müəyyən olunmuş qaydalara əsasən həyata keçirilir.

Əlavə məlumat ilə bağlı sərnişinlər aviaşirkətə [email protected] elektron poçt ünvanı vasitəsilə və ya rəsmi kanallar vasitəsilə müraciət edə bilərlər".

Son xəbərlər