Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ AÇIQLAMA

Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ AÇIQLAMA
Sosial 335

“Bakı-Sumqayıt yolunda yerləşdirilən beton arakəsmələr ərazidən götürülür”.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yenidənqurma işləri çərçivəsində Bakı-Sumqayıt şossesində qoyulmuş beton arakəsmələr yoldan kənarlaşdırılır:

“Sözügedən ərazidə yerləşdirilən beton arakəsmələrlə bağlı bəzi vətəndaşlar tərəfindən agentliyə müraciətlər ünvanlanıb.

Ümumilikdə, vətəndaşların müraciətləri nəzərə alınaraq, aidiyyətli dövlət qurumları ilə danışıqlar aparılıb.

Ortaq razılıq əsasında, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub.

Hazırda ərazidə qoyulan dəmir-beton maneələr yoldan kənarlaşdırılır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...

5778 Sosial 15:54 12 dekabr 2018

Son xəbərlər