Bakı-İstanbul reysinin gecikməsi ilə bağlı AZAL-dan açıqlama

Bakı-İstanbul reysinin gecikməsi ilə bağlı AZAL-dan açıqlama
Sosial 151

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər