Bakı Şəhərsalma Həftəsi çərçivəsində "Şəhərin səsi" tədbiri keçiriləcək
Mayın 16-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində Azərbaycan Şəhərsalma Kampaniyasının tərkib hissəsi olan "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Şəhərin səsi" tədbiri keçiriləcək.
BAKU.WS xəbər verir ki,"Şəhərin səsi" tədbiri çərçivəsində memarlıq və şəhərsalma mövzuları musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı ifadə vasitələri ilə təqdim olunacaq.
Tədbirin məkanı olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası müasir audiovizual incəsənət mərkəzinə çevriləcək. Tədbir zamanı Bakının qədim yaddaşının və yaradıcı enerjisinin müasir bədii yanaşma ilə vəhdətini əks etdirən rəqəmsal proyeksiyalar canlanacaq, fərqli canlı vizual nümayişlər keçiriləcək, divar rəsmi konsepti və qraffiti elementləri sərgilənəcək. Məkanın dinamik ab-havası isə elektron musiqi və DJ çıxışları ilə tamamlanacaq.
"Şəhərin səsi" tədbiri 16 may 2026-cı il tarixində saat 19:30-da başlayacaq.
Tədbirə giriş sərbəstdir, iştirak isə əvvəlcədən qeydiyyat əsasında mümkün olacaq. Tədbirdə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda minimum saatlıq əməkhaqqı ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər. BAKU.WS xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Az...