Bakı-Şamaxı yolunda sürüşmə ola bilər
Son günlər Azərbaycanın bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.
O bildirib ki, intensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş verməsinə ehtimallar yaradıb:
"Yağıntılar nəticəsində respublikanın bir sıra ərazilərinin avtomobil yollarında, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı avtomobil yollarının keçdiyi yerlərdəki mövcud sürüşmə sahələrində aktivləşmənin baş verməsi ehtimalı yüksəkdir. Bu səbəbdən həmin istiqamətlərdəki yollardan keçərkən ehtiyatlı olmağı, əgər alternativ varsa, digər yollardan istifadəni tövsiyə edirik".
Oxşar xəbərlər
Həyət evi almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Daşınmaz əmlak əldə etmək arzusunda olanlar adətən iki qismə bölünür: Bina və yaxud həyət evi almaq istəyənlər. Həyət evlərini seçənlər indi daha az pul xərcləy...