Bakı-Qusar avtobusuna kustar üsulla əlavə oturacaqlar bərkidilir?

Bakı-Qusar marşrutu üzrə səyahət edən sərnişin kustar üsulla bərkidilmiş əlavə oturacaqdan şikayət edib. Şikayətçinin sözlərinə görə, oturacaqda süngər və parça örtüyü cırılıb, avtobus sərnişindaşıma normalarına cavab vermir. Şikayətçi qeyd edib ki, bir çox avtobusda vəziyyət eynidir.
BAKU.WS xəbər verir ki, sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd olunan şikayət araşdırılıb.

Məlumatda qeyd olunub ki, avtobusun salonuna əlavə oturacağın yerləşdirilməsi ilə bağlı iddia əsassızdır:
"Nəqliyyat vasitəsində oturacaqların sayına hər hansı bir müdaxilə olunmayıb.

Daşıyıcıya sərnişindaşıma qaydalarına riayət etmək və avtobusun salonunda mövcud çatışmazlığı aradan qaldırmaqla bağlı tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. Artıq daşıyıcı tərəfindən nöqsan aradan qaldırılıb".
Oxşar xəbərlər
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti...
