Bakı polisi qapalı yerlərdə və ictimai nəqliyyatda nəzarəti gücləndirib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.
BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət gücləndirilib.
Müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi diqqətdə saxlanılır.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən paytaxt sakinləri ilə fərdi profilaktik söhbətlər aparılır, səhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir.
Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Bakı polisi maskalarla bağlı hərəkətə keçdi - FOTO
Paytaxtda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmis...