Bakı-Naxçıvan aviareysləri ləğv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu günə planlaşdırılan Bakı-Naxçıvan reysləri təyinat aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...