Bakı metrosundan son iki gündə 830 mindən çox sərnişin istifadə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Şənbə və bazar günlərində 830 301 sərnişin metrodan istifadə edib.
Bu barədə BAKU.WS "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, havanın qeyri-sabit olmasına baxmayaraq, Bakı metropoliteni sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Şənbə günü Bakı metrosunda sərnişin axını 417 868 nəfər, bazar günü isə 412 433 nəfər təşkil edib.
Həmçinin, bütün stansiyalara, elektrik depolarının iş rejiminə və hərəkət qrafikinə nəzarət gücləndirilib. Qatarların hərəkətində heç bir yubanma baş verməyib.
"Hava şəraitindən asılı olmayaraq sərnişinlərə fasiləsiz və təhlükəsiz nəqliyyat xidməti göstərməyə davam edir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək
Xırdalan şəhərində yeni laboratoriya kompleksi inşa olunacaq. Yeni tikili qida təhlükəsizliyi sahəsində laboratoriya infrastrukturunun inkişafı baxımından əhəmi...