Bakı metrosundan istifadə edən sərnişinlərə MÜJDƏ

Bakı metrosundan istifadə edən sərnişinlərə MÜJDƏ
Video
Sosial 73

Metronun "Cəfər Cabbarlı"-"Nizami" stansiyalarını birləşdirəcək tunelin inşasının birinci mərhələsi başa çatdırılıb.

BAKU.WS xəbər verir ki, Bakı metrosunda xətlərin ayrılması layihəsinin əsas hədəflərindən biri olan "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi yekunlaşıb.

"Bakı Metropoliteni" QSC-nin departament rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, görülən işlər çərçivəsində "28 May" stansiyası ətrafında iki ərazidə - Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma zonası və "Cəfər Cabbarlı" stansiyasının yaxınlığında yerləşən iki hazırlıq şaxtasının qazıntısı aparılıb. Həmçinin o da qeyd olunub ki, "Cəfər-Cabbarlı"- "28 May" stansiyası arasında inşa edilən daha bir piyada keçidi tədris ili başlayanadək istifadəyə veriləcək. Yeni piyada keçidi "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq.

Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq tamamlanıb. Hazırda "28 May" stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür.

Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti "İçərişəhər"-"Əhmədli" "Dərnəgül"-"Nizami" və indiki kimi "Cəfər Cabbarlı"-"Xətai" olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər "28 May" və "Nizami" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər. Tunelin inşasının "Dərnəgül" elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.

Son xəbərlər